Sabah hava necə olacaq? -<span style="color:red;"> PROQNOZ
05 iyul 2014 12:57 (UTC +04:00)

Sabah hava necə olacaq? - PROQNOZ

İyulun 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumatına görə, havanın temperaturunun gecə 20-24, gündüz 33-37 dərəcə  isti olacağı gözlənilir. Nisbi rütubət gecə 60-70, gündüz 25-35 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 34-39, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1551
avatar

Oxşar yazılar