Rusiyada keçmiş polis borca görə 2 yaşlı azərbaycanlı uşağı yandırdı - <span style="color:red;">YENİLƏNİB
29 yanvar 2016 01:23 (UTC +04:00)

Rusiyada keçmiş polis borca görə 2 yaşlı azərbaycanlı uşağı yandırdı - YENİLƏNİB

Rusiyanın Ulyanovsk vilayətində azərbaycanlının evinə "molotov kokteyli" atan şəxs yaxalanıb. APA-nın Rusiya bürosunun məlumatına görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində qəddar cinayəti törətməkdə təqsirli bilinən Dmitri. E. adlı şəxs tutulub.

 

Onun barəsində "Qəsdən adam öldürməyə cəhd" maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Saxlanılan şəxsin keçmiş polis əməkdaşı olduğu, 2008-ci ildən Daxili İşlər Nazirliyi orqanından xaric olunduğu bildirilib.

 

Qeyd edək ki, yanvarın 27-də Ulyanovskda 45 yaşlı kişi azərbaycanlı  Hüseynovlar ailəsinin evinə "molotov kokteyli" atıb. Nəticədə evdə olan iki yaşlı körpə Ruslan Hüseynov üz və çiyin nahiyəsindən ağır yanıq xəsarətləri alıb.

 

 

**** 00.16

 

Rusiyanın Ulyanovsk vilayətində azərbaycanlının ailəsinə qarşı qəddar cinayət törədilib. APA-nın Rusiya bürosunun məlumatına görə, yanvarın 27-də Ulyanovskda 45 yaşlı şəxs azərbaycanlı iş adamının evinə "molotov kokteyli" atıb. Nəticədə evdə olan iki yaşlı körpə uşaq üz və çiyin nahiyəsindən ağır yanıq xəsarətləri alıb.

 

Evinə "molotov kokteyli" atılan Pərviz Hüseynov APA-nın Rusiya bürosuna açıqlamasında hadisənin təfərrüatları barədə danışıb. O, 2014-cü ildə "Rosdenqi" kredit təşkilatından 4000 rubl borc aldığını, bunun müqabilində 24 min rubl ödədiyini söyləyib: "Təşkilatın kollektoru bu məbləğin az olduğunu iddia edərək, onlara daha 40 min rubl borclu olduğumu söylədi. Bu məbləğin götürdüyüm borcun faizi olduğunu bildirdi. Bununla bağlı bir neçə dəfə polisə müraciət də etdim. Lakin heç bir nəticə olmadı. Yeni il qabağı onlar mənim evimin şüşəsini kərpiclə sındırdılar və içəri bildiriş atdılar. Həmin bildirişdə, əgər 40 min rublu qaytarmasam beş gün ərzində evimi yandıracaqlarını yazmışdılar".

 

Pərviz Hüseynovun ailəsinə Ulyanovskdakı Azərbaycan diasporu yardım göstərib. Ümumrusiya Azərbaycan Konqresinin Ulyanovsk vilayəti üzrə regional bölməsinin rəhbəri İslam Hüseynov APA-ya açıqlamasında Hüseynov ailəsinə mümkün yardımı edəcəyini söyləyib.

 

Diaspor rəhbəri Pərviz Hüseynovun "Rosdenqi" kompaniyasına borclu olduğunu bildirib: "Az miqdarda borca görə dəfələrlə onları hədələyiblər. Ailə 4 min rubla görə 24 min rubl pul ödəyib. Bu ödənişdən sonra onlar hədələrini dayandırmayıblar. Əvvəl evə kərpic, daha sonra isə "molotov kokteyli" atıblar, hansı ki, iki yaşlı körpənin yatdığı otağa düşüb".

 

İslam Hüseynov 2-3 dərəcəli yanıq xəsarəti alan körpənin hazırda xəstəxanada olduğunu qeyd edib: "Bu ailəyə hər cür maddi və mənəvi yardım göstəriləcək. Bundan başqa baş vermiş qəddar cinayətin üstünün tezliklə açılmasına yardım edəcəyik. Ümid edirik ki, Ulyanovskun hüquq-mühafizə orqanları tezliklə bu cinayətin üstünü açacaqlar".

 

Diaspor rəhbəri baş vermiş cinayət işinin Ulyanovsk qubernatorunun nəzarəti altında olduğunu da söyləyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 228
avatar

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10