Rusiyanın Çelyabinsk vilayətindəki Klyuçi kəndində yerli sakinin öldürülməsində şübhəli bilinən Azərbaycan vətəndaşı haqqında cinayət işi açılıb.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, istintaqın versiyasına əsasən, Mobil Hacı oğlu Nehrəliyev yanvarın 14-də içkili vəziyyətdə Klyuçi kəndində şəxsi evlərdən birində mübahisə zamanı yerli sakinin başına və qarnına çoxsaylı bıçaq zərbəsi endirib. Nəticədə həmin şəxs aldığı xəsarətlərdən ölüb.
Məhkəmə M. Nehrəliyev barəsində həbs-qətimkan tədbirinin seçilməsinə qərar versə də, hələlik rəsmi ittiham irəli sürülməyib. M. Nehrəliyevin Rusiya ərazisində qanuni yaşayıb-yaşamadığı araşdırılır.