Bakıda gənc oğlan intihar edib. Xətai rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, fevralın 4-də 1987-ci ildə Bakı şəhərində anadan olmuş, subay İsmayılov Rza Şamil oğlu özünü yaşadığı Cavanşir küçəsi, 15 b binasının qarşısındakı tikilidə özünü öldürüb. Ruhi əsəb xəstəsi olan 26 yaşlı oğlan uşaq parkında yerləşən tikilinin tavanından mələfə ilə özünü asıb.
Faktla bağlı araşdırma aparılır.