Dini ədəbiyyatı qanunsuz satan 5 nəfər saxlanılıb
08 aprel 2017 12:53 (UTC +04:00)

Dini ədəbiyyatı qanunsuz satan 5 nəfər saxlanılıb

0

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə respublikanın ayrı-ayrı bölgələrində qanunla müəyyən edilmiş qaydada satışına razılıq verilmiş dini təyinatlı ədəbiyyatın, audio və videomaterialların, dini məzmunlu digər mal və məmulatların müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satılması hallarının qarşısının alınması məqsədilə tədbirlər həyata keçirir.

 

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata əsasən paytaxtın Nizami, Yasamal, respublikanın Şirvan və Tərtər rayonlarında keçirilən belə tədbirlər zamanı dini təyinatlı ədəbiyyat və digər dini məzmunlu məmulatları müvafiq icra hakimiyyəti orqanının razılığı (lisenziya) olmadan satdıqlarına görə 5 nəfər barəsində inzibati xəta haqqında protokollar tərtib olunub.

 

Həmin şəxslərdən 189 ədəd dini təyinatlı ədəbiyyat, 18 ədəd CD disk aşkar edilərək götürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 311

Oxşar yazılar