Ramil Usubov hospital rəisini işdən çıxardı
21 yanvar 2014 11:58 (UTC +04:00)

Ramil Usubov hospital rəisini işdən çıxardı

Daxili İşlər Nazirliyinin general-leytenant Arif Heydərov adına Respublika Hospitalının rəisi vəzifəsindən azad olunub. Lent.az-ın modern.az-a istinadən verdiyi xəbərə görə, daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə hospitalın rəisi Aydın Əsədov yaş senzi ilə əlaqədar olaraq təqaüdə göndərilib. Hazırda nazirliyin hospitalında Aydın Əsədovun vəzifəsini rəis müavini Ramiz Əkbərov əvəz edir. Hələ ki, rəis vəzifəsinə yeni təyinat olmayıb. Məlumat Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də təsdiqlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2538
avatar

Oxşar yazılar