Qubada törədilmiş qətlin üstü açıldı
17 noyabr 2016 12:00 (UTC +04:00)

Qubada törədilmiş qətlin üstü açıldı

0

Quba rayonunda törədilmiş qətlin üstü açılıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, noyabrın 16-da Quba rayonunun Barlı kəndində kənd sakini, ruhi xəstə Yusif Babayev həmkəndlisi Ramiz Məmmədova bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş R.Məmmədov orada ölüb.

 

Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Babayev tutulub.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 327

Oxşar yazılar