Qobustandakı yol qəzası ilə bağlı FHN-nin məlumatı
28 dekabr 2013 21:01 (UTC +04:00)

Qobustandakı yol qəzası ilə bağlı FHN-nin məlumatı

Fövqəladə Hallar Nazirliyi (FHN) bu gün Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində 7 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Qobustan rayonunda vətəndaşa məxsus “VAZ” markalı minik avtomoili ilə digər vətəndaşa məxsus "VAZ” markalı minik avtomobili toqquşub. Nəticədə sürücü İ.T.Hacıəliyev və ona məxsus avtomobildə olan 4 nəfər sərnişin 1985-ci il təvəllüdlü  Xəlilov Səməndər Kamran oğlu, 1937-ci il təvəllüdlü Nuriyeva Tutu Kərim qızı, 1991-ci il təvəllüdlü Mədətov Valeh Emin oğlu ağır bədən xəsarətləri ilə hadisə yerində vəfat edib, 1 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.

 

Digər avtomobilin sürücüsü N.Ə.Qasımov və ona məxsus avtomobildə olan 2 nəfər sərnişin Əliyev Güloğlan Balaxan oğlu və Bəndəliyev Rəhman Əmrah oğlu ağır bədən xəsarətləri ilə hadisə yerində vəfat ediblər. Hər iki avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədlər və yaralı yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq təcili yardım xidmətinə təhvil verilib.

 

Əməliyyat saat 16:20-də başa çatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1433
avatar

Oxşar yazılar