Qəzaya düşən əlil avtomobilinin sürücüsü xəstəxanada öldü
08 aprel 2018 11:40 (UTC +04:00)

Qəzaya düşən əlil avtomobilinin sürücüsü xəstəxanada öldü

0

Ötən gün axşam saatlarında Ələt-Astara-İran sərhədi avtomobil yolunda ağır qəzada yaralanan şəxs vəfat edib. Lent.az virtualaz.org-a istinadən xəbər bverir ki, “Mahmudçala” ovçuluq-qoruq təsərrüfatından keçən 96-cı km-də “Mercedes-C” ilə toqquşan “NAZ Lifan”ın sürücüsü, Culfa rayon sakini Nağıyev İsgəndər Məhəmməd oğlu yerləşdirildiyi Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında bu gün səhər saatlarında dünyasını dəyişib.

 

Xatırladaq ki, İ.Nağıyevin idarə etdiyi KE-627 tranzit nişanlı maşın Naxçıvan avtomobil zavodundan əlillərə verilmək üçün avtokarvanla Bakıya aparılan “NAZ Lifan”lardan biri olub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 401

Oxşar yazılar