Qəza törədən sürücülər arasında dava: 3 nəfər yaralandı
25 oktyabr 2014 09:26 (UTC +04:00)

Qəza törədən sürücülər arasında dava: 3 nəfər yaralandı

Bakının Nərimanov rayonunda 3 nəfərin xəsarət alması ilə  nəticələnən qəza baş verib. Lent.az-ın APA TV-yə istinadən verdiyi xəbərə görə, qəza zamanı Xeyrulla İbadovun idarə etdiyi "Opel"lə Taleh Orucovun idarə etdiyi "VAZ 2106" toqquşub.  Qəza zamanı "Opel"in sürücüsü və "VAZ 2106" da olan iki sərnişin xəsarət alıb. Qəzadan sonra sürücülər arasında mübahisə düşüb. Taleh Orucov dəmir alətlə Xeyrulla İbadovun boğaz nahiyəsinə vuraraq onu yaralayıb. Yaralılar  təcili yardım vasitəsi ilə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıblar.

 

Xəstəxanaya sərxoş halda gələn Taleh Orucov isə deyilənlərlə razılaşmayıb.  Sərxoş olduğunu etiraf edən Xeyrulla İbadovun sözlərinə görə, qəzadan sonra heç nədən xəbəri olmayıb.

 

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3044
avatar

Oxşar yazılar