Millət vəkili Qənirə Paşayeva Türkiyədə Göynük Bələdiyyə sədri ilə görüşüb. Lent.az-ın məlumatına görə, millət vəkili görüşdə parklardan və ya mərkəzi küçələrdən birinə Qarabağ adının verilməsini təklif edib.
Q. Paşayeva həmçinin qeyd edib ki, Türkiyənin uğuru Azərbaycanın və bütün türk dünyasının, Azərbaycanın uğuru Türkiyənin və bütün türk dünyasının uğurudur.
Millət vəkili Gönük bələdiyyə başçısına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabını təqdim edib.