Millət vəkili Qənirə Paşayeva Amasya Universitetinin rektoru Metin Orbay ilə görüşüb. Lent.az-ın məlumatına görə, Amasya Universitetinin rektoru M. Orbay universitetdə 20-yə yaxın azərbaycanlı tələbənin təhsil aldığını və onların burada təhsil almaları üçün hər cür şəraitin yaradıldığını qeyd edib.
Q. Paşayeva Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib.