Silahlanıb qardaşı oğlunun həyətinə basqın etdi -<span style="color:red;"> BƏRDƏDƏ
01 may 2018 13:15 (UTC +04:00)

Silahlanıb qardaşı oğlunun həyətinə basqın etdi - BƏRDƏDƏ

0

 

Aprelin 30-da Bərdə  rayonunun Kələntərli kəndində xuliqanlıq hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin kənddə yaşayan Samir Lətifovun evinə gəlmiş əmisi Zamanın onun həyətinin darvazasına tüfəngdən atəş açması barədə RPŞ-yə məlumat daxil olub. Baş vermiş hadisənin araşdırması ilə əlaqədar RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

  

Xuliqanlığı törətməkdə şübhəli bilinən Zaman Lətifov polis əməkdaşları tərəfindən saxlanılıb, ondan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 438

Oxşar yazılar