Qonşuluqdakı üç evə keçən yanğının miqyası böyük olduğundan, əraziyə ehtiyat qüvvə cəlb olunub.
Sabunçu rayon dövlət yanğından mühafizə hissəsindən APA-ya verilən məlumata görə, yanğın nəticəsində xəsarət alan olmayıb. Kamil İsmayılov küçəsi 17 ünvanında bir-birinə yaxın yerləşən evlərdən 3-ü yanaraq, yararsız hala düşüb.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğın qısa bir zamanda söndürülüb və güclü alovun dördüncü evə keçməsinin qarşısı alınıb. Yanğının nə səbəbdən baş verdiyi aparılan araşdırmadan sonra məlum olacaq.