Bakıda qadınları fahişəliyə cəlb edən şəxs həbs edilib. Lent.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi xəbər yayıb.
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tovuz rayon sakini Arifə Sadıqovanın Nərimanov rayonu A. Heydərov küçəsində kirayədə yaşadığı mənzildə əxlaqsızlıq yuvası saxlaması və qadınları fahişəliyə cəlb etməsi müəyyən olunub.