Daxili İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşları qadınları fahişəliyə cəlb edən daha bir nəfəri yaxalayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyinə görə Laçın rayon sakini Sənan Mehdiyev saxlanılıb.
Araşdırmalar davam etdirilir.