[b]Qadının qızıl dişlərini aparan quldurlar tutuldu - TƏFƏRRÜAT[/b]
11 aprel 2017 18:47 (UTC +04:00)

[b]Qadının qızıl dişlərini aparan quldurlar tutuldu - TƏFƏRRÜAT[/b]

 

Daşkəsəndə bu ilin fevralın 14-də Daşkəsən sakininin mənzilinə basqın edərək, onun əl-qolunu bağlayıb, barmağındakı qızıl üzüyü, cibində olan 53 manat nağd pulu və ağzındakı  qızıl dişləri quldurluq yolu ilə keçirən şəxslər yaxalanıb. APA TV-nin məlumatına görə, onlar əvvəlcə mənzildə axtarış edib, heç nə tapmayıblar: "Biri üzümdən bərk tutdu, o birisi çöldə idi. Üzünü görmədim, sifətimi yapışqanlı lentlə bağladı. Məni hara tulladılar bilmirəm. Arxa otaqlardan gələn səslər bir-birinə qarışmışdı. Barmağımdan üzüyü, cibimdən pulu, ağzımdan bu dişləri çıxardılar".
Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları Tamella Rzayevaya qarşı törədilən quldurluq cinayətinin üstünü aça bilib. Şübhəli şəxs kimi rayon sakini 49 yaşlı Rahib Əsədov və Gəncə sakini Arzu İslamzadə saxlanıb: "Daşkəsən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində quldurluq hadisəsini törədən, bir neçə dəfə məhkumluq həyatı yaşayan İslamzadə Arzu Vaqif oğlu və Əsədov Rahib Rəşid oğlu saxlanılıb. Onlar istintaqa təhvil verilib. Onların digər cinayətlərdə iştiraklarının olub olmaması araşdırılır".
Saxlanılan Rahib Əsədov quldurluq törətmələrini etiraf edib. Ancaq əvvəllər müxtəlif maddələrlə dörd dəfə məhkumluq  həyatı yaşayan Rahib Əsədov törətdikləri cinayətə özünə məxsus şəkildə don geyindirib. O bildirib ki, Tamella Rzayevadan bir neçə ay öncə  sələmə pul götürürək onun müqabilində qızıl üzük verib.  Aylardır sözügedən üzüyü ala bilmədiyindən evə basqın etmək qərarına gəlib: "Mən ondan iki aylıq 270 manat alıb müqabilində bir üzük vermişdim. O üzüyün qiyməti hazırda bazarda 700-800 manatdır. 270 manat aldım, dedim ki, 300 manat verəcəyəm, sələmdir, yəni 30 manat əlavə. Vaxtında verə bilmədim. O da dedi ki, pul lazım idi satdım".
Rahib Əsədovun cinayət ortağı əvvəllər adam öldürdüyü üçün bir dəfə məhkumluq həyatı yaşayan Arzu İslamzadə isə əməllərini səmimi etiraf edib və məqsədlərinin xeyli miqdarda pul əldə etmək olduğunu deyib.  Ayağından əlilliyi olan Arzu İslamzadənin əldə etdikləri pulla ayağını müalicə etdirmək niyyəti olub: "Rahib təklif etdi ki, belə bir iş görək. Orada 70 min pul var, götürüb ayağını müalicə edib, həyatını dəyişərsən. Razılaşdım və gedib bu cinayəti elədik".
Onların ətraf və şəhər rayonlarda oxşar əməlləri araşdırılır. 

12:47

Daşkəsəndə quldurluq etmiş 2 nəfər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Daşkəsən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 14-də rayon sakini olan bir qadının qızıl üzüyünü və 53 manat pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Dəstəfur kənd sakini Rahib Əsədov və Gəncə şəhər sakini Arzu İslamzadə tutulublar.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 173
avatar

Oxşar yazılar

İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56