Qadına qarşı 300 min manatdan çox dələduzluq edən şəxsə <span style="color:red;">AĞIR CƏZA
09 iyul 2018 11:14 (UTC +04:00)

Qadına qarşı 300 min manatdan çox dələduzluq edən şəxsə AĞIR CƏZA

 
 
300 min manatdan çox pulu dələduzluq yolu ilə keçirməkdə təqsirləndirilən Əhməd Quliyevin barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
 
Lent.az-ın məlumatına görə, Bakı Ağır  Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Hakimlər kollegiyasının hökmünə əsasən, Əhməd Quliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, Əhməd Quliyev özünü iş adamı kimi təqdim edərək Sumqayıt sakini Məhburə Hüseynovaya qarşı 303 min manatlıq dələduzluq edib.
 
O, obyekt tikib çıxarış alacağı adı ilə zərərçəkəni aldadıb.
 
Zərərçəkənin şikayəti əsasında Əhməd Quliyev saxlanılıb. Ona külli miqdarda dələduzluq maddəsi ilə ittiham verilib. 
 
Onun barəsində polis nəzarəti qətimkan tədbiri seçilib. Lakin istintaqdan yayınan Əhməd Quliyev barəsində axtarış elan edilib və o həbs edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 299
avatar

Səlcuq Elçin

Oxşar yazılar