Prezident İlham Əliyev yanvarın 23-də Davosda işgüzar görüşləri davam edir.
Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, o, Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşüb.
Görüşdə öləkmizlə Dünya İqtisadi Forumu arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. Bu əməkdaşlığın yaxşı imkanlarının olduğu bildirilib və əlaqələrimizin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Bu gün prezident İlham Əliyev Davosda “Hewlett-Packard” şirkəti idarə heyətinin üzvü xanım Ann Livermor ilə görüşüb.
Görüşdə ölkəmizlə “Hewlett-Packard” şirkəti arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib. Azərbaycanda həyata keçirilən Ümumistifadəli Data Mərkəzinin və digər layihələrin icrasında “Hewlett-Packard” şirkəti ilə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.