Prezident İlham Əliyev Laos Xalq Demokratik Respublikasının prezidenti Bounyanq Volaçiti təbrik edib.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, təbrik məktubunda deyilir:
"Hörmətli cənab Prezident,
Laos Xalq Demokratik Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Laos arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Laos xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.