Prezident Əfqanıstan səfirini qəbul edib
17 yanvar 2014 16:51 (UTC +04:00)

Prezident Əfqanıstan səfirini qəbul edib

Prezident İlham Əliyev yanvarın 17-də Əfqanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şaker Kargarı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

 

Lent.az-ın məlumatına görə, dövlət başçısı ölkələr arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi işinə verdiyi töhfəyə görə Ş. Kargara təşəkkürünü bildirib. Prezident səfiri öz ölkəsinin ticarət və sənaye naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib,  gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

 Görüşdə Azərbaycanla Əfqanıstan arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticarət, sənaye və digər sahələrdə inkişaf etdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlığın bundan sonra da genişləndiriləcəyinə əminlik ifadə olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 393
avatar

Oxşar yazılar