Polis zabitini öldürən dəstənin məhkəməsi başladı
16 oktyabr 2014 13:29 (UTC +04:00)

Polis zabitini öldürən dəstənin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terror aktı törətməyə cəhddə və digər ağır cinayət hadisələrində ittiham olunan 9 nəfərdən ibarət mütəşəkkil dəstənin cinayət işi məhkəmə başlayıb.


Lent.az-ın məlumatına görə müttəhimlər kürsüsündə Azərbaycan vətəndaşları Radik Ağaməmmədov, Cavid Məhərrəmov, Murad İsayev, Elxan İsrafilov, Elman Musayev, Bağır Azayev, Şamil Manafov, Tərlan Salmanov, Osman Mustafayev əyləşiblər. İttihama görə, 2013-cü il oktyabrın 16-da Qusar şəhərinin ərazisində bir qrup silahlı şəxs valyutadəyişmə məntəqəsinin işçisinə küt alətlə xəsarət yetirib və oradan külli miqdarda pul aparılıb. Polislər tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı onlar odlu silahlardan atəş açaraq bir polis əməkdaşını qətlə yetirib, üçünü isə yaralanıb. Buna baxmayaraq, elə o vaxt onlardan bir neçəsi tutulub, bir neçəsi isə polislə atışmada öldürülüb.


Hadisədən sonra qaçıb gizləndiyi üçün Qusar şəhər sakini 1988-ci il təvəllüdlü Ağamuradov Radik Rükməddin oğlu Cinayət Məcəlləsinin 120.2.1, 29.120.2 və 181.2.5-ci maddələri ilə axtarışda olub.


Quba rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Radif Ağamuradov, eləcə də onunla birlikdə olan Şamil Manafov və Tərlan Salmanov rayonun Küsnət-qazma kəndi ərazisində tutulublar.


Onlardan “Makarov» və “Naqan” tipli 2 tapança, tapança üçün səsboğucu, 35 ədəd patron, 1 ədəd qumbara, 1 ədəd ov bıçağı və çöl şəraitində istifadə edilən xeyli məişət əşyaları aşkar edilərək götürülüb. İstintaq zamanı mütəşəkkil dəstənin digər üzvləri həbs edilib.


Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı oktyabrın 30-na təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 968
avatar

Səlcuq Elçin

Oxşar yazılar