Polisin əmrinə tabe olmayan sürücü zəncirvari qəza törətdi
01 noyabr 2014 07:51 (UTC +04:00)

Polisin əmrinə tabe olmayan sürücü zəncirvari qəza törətdi

APA-nın məlumatına görə, Qədirli və Salatın Əsgərova küçələrinin kəsişməsində Orxan Quliyevin idarə etdiyi “Volkswagen” markalı avtomobil döngəyə daxil olan zaman əvvəlcə dayanıqlı vəziyyətdə olan Aytəkin Sarxanovaya məxsus “KİA” – ya, daha sonra isə Emin Quliyeva məxsus “Mersedes” - ə çırpılıb.

 

Hadisə yerinə yol polisi əməkdaşları gəliblər. Aparılan ilkin araşdırma zamanı məlum olub ki, “Volkswagen” markalı avtomobilin sürücüsü polisin "dur" əmrinə tabe olmayıb.  Faktla bağlı Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1539

Oxşar yazılar