Axtarışda olan şəxs polisi silahla hədələdi, tərksilah edildi
26 may 2018 12:01 (UTC +04:00)

Axtarışda olan şəxs polisi silahla hədələdi, tərksilah edildi

0

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə axtarışda olan, əvvəllər məhkum olunmuş Dəyanət Əliyevin saxlanılması istiqamətində yaşadığı Ərçivan qəsəbəsində keçirdikləri əməliyyat tədbirləri zamanı o, tüfənglə əməliyyat qrupunu hədələyib. DİN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Polis əməkdaşlarının çevikliyi sayəsində D.Əliyev tərkisilah edilərək, Şöbəyə gətirilib.

 

Şəxsi axtarış zamanı ondan lüləsi və qundağı kəsilmiş 1 ədəd tüfəng, 3 ədəd patron, həmçinin narkotik vasitə olan heroin və metafetamin aşkar edilərək götürülüb.

 

Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 554

Oxşar yazılar