Bakıda yanğın olub.Lent.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 50 m² olan birmərtəbəli, 2 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 44 m² sahədə yanıb. Mətbəx yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.