Paytaxtda avtobus qəzaya uğrayıb,  xəsarət alanlar var
15 oktyabr 2014 03:11 (UTC +04:00)

Paytaxtda avtobus qəzaya uğrayıb, xəsarət alanlar var

Bu gecə Bakı-Sumqayıt yolunun 10-cu kilometrliyində, Bakının Binəqədi rayonu ərazisində sərnişin avtobusu qəzaya uğrayıb. Lent.az-ın APA-ya  istinadən verdiyi xəbərə görə, Əsədov Kamran Mahmud oğlunun paytaxtdan Sumqayıt istiqamətində 199 saylı xətt marşrutu üzrə idarə etdiyi Daewoo markalı iritutumlu avtobus Xırdalan dairəsi yaxınlığında başqa bir nəqliyyat vasitəsi tərəfindən vurulub. Bundan sonra sürücü Kamran Əsədov idarəetməni itirib və sərinişin avtobusunu dəmir yolu körpüsünün beton dirəyinə çırpıb.

 

Yol qəzası baş verən zaman avtobusda sərnişinlər də olub və onun zərblə beton dirəyə çırpılması nəticəsində sərnişinlərdən bir neçəsi yüngül xəsarət alıb.

 

Hadisənin təfərrüatlarını isə Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsinin istintaqçıları araşdırır. Yol qəzasına səbəb olduğu ehtimal edilən digər avtomobilin sürücüsünün müəyyən edilməsi istiqamətində tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1616
avatar

Oxşar yazılar