Partlayışda yaralananlardan birinin vəziyyəti ağırdır - RƏSMİ
29 oktyabr 2019 18:08 (UTC +04:00)

Partlayışda yaralananlardan birinin vəziyyəti ağırdır - RƏSMİ

Səhiyyə Nazirliyi bu gün Xəzərdə SOCAR-ın qayığında baş verən partlayış zamanı yaralanan şəxslərin vəziyyəti ilə bağlı məlumat yayıb.
 
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, partlayış barədə Təcili Tibbi Yardıma çağırış 13:20-də daxil olub. Pirallahı rayonu Gürgan kəndi, (mayakın yanı) qayığın yaxınlığında partlayış olub. 3 nəfər kişi müxtəlif dərəcəli yanıq xəsarətləri ilə 5 nömrəli xəstəxananın yanıq şöbəsinə çatdırılıblar. İlkin tibbi yardım göstərildikdən sonra xəstələr Mərkəzi Neftçilər Xəstəxanasına köçürülüblər. Onlara üzün, sifətin yanığı və sifətin qəlpəli yaraları, xəstələrdən birinin gözündə də xəsarət aşkar olunub. İkisinin vəziyyəti orta-ağır, biri isə ağır qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1105
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar