Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin təhlükəsizlik xidmətinin rəisi Tərlan Həsənov bıçaqlanıb. Lent.az-ın avrasiya.net-ə istinadən verdiyi məlumata görə, bu barədə F.Əliyevin özü məlumat verib. Onun sözlərinə görə saat 16.20 radələrində T.Həsənov onu evə aparıb qoyandan 40 dəqiqə sonra elə yaşadığı evin yaxınlığnda bıçaqlanıb: “Məni evə ötürdü və sonra məlumat verdilər ki, bəs 3 nəfər naməlum şəxs Tərlanı yaşadığı evin yaxınlığında bıçaqlayıblar. Yaxınları səsə gəliblər, naməlum şəxslər isə aradan çıxa biliblər. Tərlan indi xəstəxanadadır. Amma yaxınları mənə dedilər ki, Tərlanı bıçaqlayanlar ona deyiblər ki, Fuad ağzını yığışdırsın”.
F.Əliyev baş verən olayla bağlı polisə müraciət edildiyini də bildirib.