Paris Azərbaycan Evinin sədri ermənilərə cinayət işi açılmasını tələb edir
09 yanvar 2014 18:08 (UTC +04:00)

Paris Azərbaycan Evinin sədri ermənilərə cinayət işi açılmasını tələb edir

Paris Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva ermənipərəst mövqeyi ilə tanınan parlamentar Fransua Roşebloun və erməni diasporunun üzvləri tərəfindən vəhşicəsinə döyülməsi ilə bağlı yenidən cinayət işinin açılması üçün bu dəfə Paris Ali Məhkəməsinə müraciət edib.


 

M.Fətəliyeva APA-ya açıqlamasında bildirib ki, bu həftə prosesin yenidən keçirilməsi üçün hakim təyin olunacaq.

 

O qeyd edib ki, faktla bağlı Paris prokurorluğu tərəfindən cinayət işinin cinayətkarların tapılıb cəzalandırılmadan bağlanması oradakı azərbaycanlıların hiddətinə səbəb olub və cinayətkarların tapılıb cəzalandırılması üçün onlar daha yuxarı instansiyaya müraciət ediblər: “Biz cinayətkarların mütləq cəzalanmasına nail olmaq istəyirik. Hadisədən vaxt ötsə də, bununla bağlı fotofaktlar, videomateriallar və s. var”. Hakim təyin olunduqdan sonra isə məhkəmə prosesinin keçirilmə vaxtı məlum olacaq.

 

Qeyd edək ki, ötən il fevralın 26-da Fransa Milli Assambleyasında Fransadakı Erməni Məsələləri Bürosunun təşkilatçılığı, Fransadakı erməni icmasının nümayəndələri və Fransa parlamentinin bir neçə deputatının iştirakı ilə keçirilən “Sumqayıt hadisələrindən 25 il sonra: hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər” adlı tədbirdə Azərbaycan diasporu nümayəndələri də iştirak edərək, bu gün Xocalı soyqırımının 21-ci ildönümünün keçirildiyini iştirakçıların diqqətinə çatdırıblar. Onların bu mövqeyi qarşı tərəfin ciddi etirazına səbəb olsa da, Azərbaycan diasporunun nümayəndələri qətiyyət nümayiş etdirərək, Sumqayıtda baş verən hadisələrlə bağlı səsləndirilən fikirlərin heç bir tarixi fakta əsaslanmadığını bildiriblər. Bundan sonra Fransa parlamentinin üzvü Fransua Roşeblounun təhriki ilə iştirakçılar Azərbaycan diasporunun rəhbəri və azərbaycanlı tələbəyə hücum edərək, onları vəhşicəsinə döyüblər. Tədbir iştirakçıları, o cümlədən Fransa parlamentinin toplantıda iştirak edən deputatları bu vəhşiliyin qarşısını almaq üçün heç bir cəhd göstərməyiblər. Bununla bağlı Paris prokurorluğunda cinayət işi açılsa da, bu yaxınlarda iş yetərli sübut tapılmaması səbəb göstərilməklə bağlanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 707
avatar

Oxşar yazılar

Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Bakıda QƏZA:  İşıqfor yerindən qopdu

Bakıda QƏZA: İşıqfor yerindən qopdu

11 dekabr 2024 , 23:01
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10