Özünü yandıran Qarabağ əlilinə 100 min manat ödəniləcək - YENİLƏNİB
27 dekabr 2013 15:58 (UTC +04:00)

Özünü yandıran Qarabağ əlilinə 100 min manat ödəniləcək - YENİLƏNİB

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) II qrup Qarabağ əlili Zaur Həsən oğlu Həsənovun ailə üzvlərini himayəyə götürülməsi haqqında qərar qəbul edib.


 

AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov APA-ya bildirib ki,  Z. Həsənovun işsizliyini, ailə üzvlərinin sayının çox olmasını və maddi durumunun ağır olduğunu nəzərə alaraq, AHİK-in İcraiyyə Komitəsi qərara alıb ki, Z. Həsənovun övladları yetkinlik yaşına çatanadək AHİK tərəfindən himayəyə götürülür və övladların hər birinə  300  (üç yüz) manat məbləğində aylıq yardım verilir.

 

Z. Həsənovun sökülmüş obyektinə görə dəymiş ziyanı ödəmək üçün ona 100 000 (yüz min) manat məbləğində maddi yardım edilir. Ona ölkə xaricində müalicəyə ehtiyacı olarsa, bütün xərclər AHİK-in hesabına ödəniləcək.

 

Qərarda deyilir ki Z. Həsənov və onun həyat yoldaşı ehtiyac olduğu halda işlə təmin olunacaq.

 

Bu gün Qarabağ qazilərinin nümayəndələrinin və H. Həsənovun AHİK-in sədri, millət vəkili S. Mehbalıyevlə görüşü olub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7056
avatar

Oxşar yazılar

Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00