Özünü yandıran Qarabağ qazisi dünyasını dəyişdi - YENİLƏNİB
28 dekabr 2013 23:03 (UTC +04:00)

Özünü yandıran Qarabağ qazisi dünyasını dəyişdi - YENİLƏNİB

Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi Dadaş Hümbətov APA-ya Z. Həsənovun ölüm xəbərini təsdiqləyib. O bildirib ki, axşam saatlarında xəstənin vəziyyəti pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb.

 

APA-nın 5 saylı şəhər Klinik Xəstəxanasında olan müxbirinin verdiyi xəbərə görə, artıq Z. Həsənovun meyiti ailəsinə təhvil verilib. 

 

5 saylı şəhər Klinik Xəstəxananın baş həkimi Ziya Əsədov APA-ya bildirib ki, Z. Həsənov saat 22.25-də dünyasını dəyişib: “Biz onun həyatını xilas etmək üçün səy göstərdik. Sadəcə, yanıq xəsarətləri ağır idi və bütün səylərimizə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmadı”.   

***

22.29

Dekabrın 25-də özünü yandıran Qarabağ qazisi Zaur Həsənov saat  22.15 radələrində dünyasını dəyişdi.

 

O, 5 saylı şəhər xəstəxanasında müalicə olunurdu.

 

Qarabağ Qaziləri İctimai Birliyi mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu  Lent.az-a faktı təsdiqləyib.

 

Allah rəhmət eləsin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14083
avatar

Oxşar yazılar