Özünü və bacısını bıçaqladı
29 aprel 2018 01:55 (UTC +04:00)

Özünü və bacısını bıçaqladı

Gəncə sakini özünə kəsici alətlə xəsarət yetirib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1990-cı il təvəllüdlü İskəndər İskəndərov bədənin müxtəlif hissələrinin kəsilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. İ. İskəndərovun bacısı 1988-ci il təvəllüdlü N. İskəndərova da bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, İ.İskəndərov ailə münaqişəsi zəminində həyat yoldaşı ilə dalaşan zaman ona kəsici alətlə xəsarət yetirmək istəyib. Bu zaman araya girən bacısı N. İskəndərova və özü xəsarət alıb.

 

Faktla bağlı araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 144
avatar

Oxşar yazılar