Özbəkistan müdafiə nazirinin birinci müavini Azərbaycana gəlib
27 yanvar 2014 10:47 (UTC +04:00)

Özbəkistan müdafiə nazirinin birinci müavini Azərbaycana gəlib

Özbəkistan müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi, general-mayor Şavkat Normatov bu gün Azərbaycana rəsmi səfərə gəlib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində bir sıra görüşləri planlaşdırılır.

 

General-mayor Şavkat Normatovun rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Hərbi Akademiyasına, H. Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinə və müdafiə sənayesi müəssisələrinə səfəri gözlənilir.
 

Şavkat Normatovun Azərbaycana rəsmi səfəri yanvarın 30-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 307
avatar

Oxşar yazılar