<b>Ötən gün 7 nəfər tonqalda xəsarət alıb </b>
15 mart 2017 15:18 (UTC +04:00)

Ötən gün 7 nəfər tonqalda xəsarət alıb

Ötən gün Bakıda 7 nəfər bayram tonqallarında yanıq xəsarəti alıb.

Respublika Yanıq Mərkəzinin şöbə müdiri Həmzə Əzizbəyov Lent.az-a bildirib ki, İlaxır çərşənbəsi axşamı yanıq mərkəzinə 7 nəfər gətirilib. Onlardan 6-sı uşaq, biri isə 73 yaşlı kişi olub.

 

H.Əzizbəyov əlavə edib ki, yanıq xəsarəti alan uşaqlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar: “ Onların yanıq xəsarətləri cüzi olub. 73 yaşlı kişinin müalicəsi isə mərkəzdə davam etdirilir. Durumu stabildir".

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 145
avatar

Fərizə Əhmədova

Oxşar yazılar