Ölümlə nəticələnən daha bir piyadavurma
06 aprel 2017 23:31 (UTC +04:00)

Ölümlə nəticələnən daha bir piyadavurma

0

Salyanda ölümlə nəticələnən piyadavurma qeydə alınıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, axşam saatlarında Salyan şəhərinin mərkəzində rayon sakini, 1987-ci il təvəllüdlü Babayev Əliağa Rəsul oğlunun idarə etdiyi “Mercedes” markalı 90 FO 560 dövlət nömrə nişanlı avtomaşınla piyadanı vuraraq öldürüb. Sürücü xəsarət alan şəxsi Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırsa da, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

 

Piyadanın şəxsiyyəti müəyyənləşdirilir.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 273

Oxşar yazılar