Oğurluq nömrə ilə maşın sürən sürücü müəyyən edildi
17 noyabr 2016 13:28 (UTC +04:00)

Oğurluq nömrə ilə maşın sürən sürücü müəyyən edildi

Sabirabad rayon sakini saxlanılıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oktyabrın 1-də Bakı şəhər sakini Afiq Cabbarova məxsus "Opel" markalı avtomobilin oğurlanmış tranzit dövlət qeydiyyat nişanları üzərində olan "Daevoo" markalı avtomobilin Sabirabad rayonu ərazisində hərəkətdə olması DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən müəyyən edilib. Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən görülmüş tədbirlərlə həmin avtomobil saxlanılmış və onu idarə edən Sabirabad rayon sakini Tofiq Ağayevlə birgə araşdırma aparılması üçün Baş İstintaq və Təhqiqat İdarəsinin müvafiq şöbəsinə təhvil verilib.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 153
avatar

Oxşar yazılar