Novxanıda qayın yeznəsini bıçaqladı
12 may 2018 06:49 (UTC +04:00)

Novxanıda qayın yeznəsini bıçaqladı

0

Abşeron rayonunun Novxanı qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

 

Lent.az-ın “report”a istinadən xəbərinə görə, 1986-ci il təvəllüdlü Quliyev Natiq Qurban oğlu qayınatasına məxsus mülkün ona aid olduğunu bildirib və bu səbəbdən onunla qaynı arasında əlbəyaxa dava düşüb.

 

Nəticədə qaynı onun bud nahiyəsinə bir neçə bıçaq zərbəsi vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 394

Oxşar yazılar