
Nərimanov rayon məhkəməsi “AGBank”-ın iddiasını təmin edib
Azərbaycanın aparıcı banklarından “AGBank” ASC mətbuatda Banka qarşı şər və böhtanlarla çıxış edənkeçmiş xüsusi xidmət zabiti Tofiq Rəcəbova qarşı məhkəmə prosesini udub. Nərimanov rayon məhkəməsində hakim Kəmalə Əmırxanovanın sədrliyi ilə keçirilən prosesdə “AGBank” qarşı tərəfin təkzib verməsinə və təzminat ödəməsinə nail olub. Məhkəmə bankın iddiasını təmin edərək, “www.müsavat. com” saytı vasitəsilə dərc olunan 6 yanvar 2016-cı il tarixli, müəllifinin Tofiq Rəcəbov olduğu qeyd olunan “Azərbaycana inqilab üçün 18 milyard dollar gətirilmişdi” başlıqlı yazıda “AGBank” ASC haqqında yayımlanan işgüzar nüfuzu ləkələyən məlumatların təkzib edilməsini cavabdeh Tofiq Zəbulla oğlu Rəcəbovun üzərinə vəzifə olaraq qoyub. Bundan əlavə Tofiq Rəcəbov “AGBank”-a dəyən zərərə görə bankın hesabına 1000 manat ödəməli olacaq.
Xatırladaq ki, Tofiq Rəcəbov Azərbaycana inqilab üçün 18 milyard avro gətirildiyini açıqlamışdı. Tofiq Rəcəbov “AGBank”la bağlı söylədiyi fikirlərin əsassıs olduğunu etiraf edib.
Oxşar yazılar

Cəlilabadda dağlıq ərazi yanıb, bir nəfər tüstüdən boğulub - VİDEO -YENİLƏNİB
15 iyul 2025 , 21:02
Şirvanda kişi yaşadığı evin həyətində ölü tapıldı
15 iyul 2025 , 19:33
Erməni konyaklarının 85 faizi saxta çıxdı - BÖYÜK ARAŞDIRMA
15 iyul 2025 , 18:11
“Roşka” ləqəbli tiktokerin məhkəməsi başladı
15 iyul 2025 , 18:07
Bəy-gəlindən başqa hamı o tortdan zəhərləndi
15 iyul 2025 , 17:57
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlərin ifadələri dinlənilib
15 iyul 2025 , 17:44
Sabirabadda 76 yaşlı kişi zəhərlənib öldü
15 iyul 2025 , 17:17