Daxili İşlər Nazirliyi Bakıda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mıtbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 11-də saat 23 radələrində Səbail rayonunun A.Quliyev küçəsində Bakı şəhər sakini İlqar Quliyev idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən paytaxt sakini Sabit Məmmədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada dekabrın 12-də orada ölüb. Səbail RPİ tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, vəfat edən Sabit Məmmədov (Emin Sabit imzası) “Təzadlar” qəzetinin əməkdaşı, jurnalist olub.