Nardaran qəsəbə sakinin narkotik bitki əkib-becərdiyi üzə çıxıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Əldə edilən məlumat əsasında Sabunçu RPİ 42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Faiq Dadaşova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 49 ədəd çətənə kolu, 2045 ədəd çətənə toxumu və 1 kiloqram 415 qram marixuana aşkar edilərək götürülüb.
Araşdırma aparılır.