Gənclər arasında dinlə bağlı bir həftə davam edən söz-söhbət sonradan dava-dalaşa səbəb olub.
Nəticədə vəhabi təriqətinə mənsub olan Məhəmməd Məmmədov Ruslan Mövsumova yüngül xəsatət yetirib. Hadisə Müşfiqabad qəsəbəsində məscidin qarşısında baş verib. Məhəmməd Məmmədov deyib ki, zərəçəkən onu çiyni ilə vurub.
İlkin dindirmə zamanı məlum olub ki, Məhəmməd Məmmədov Ruslan Mövsumovla əvvəllər də mübahisə edirmiş. Fikir ayrılığına səbəb kimi zərərçəkən şəxsin şiə namazı qılması göstərilir. APA TV-nin xəbərinə görə, səhhəti ilə əlaqədar zərərçəkən şəxsin ifadəsi hələlik tam alınmayıb.