Moskvada güllənən Rusiya Miqrantlar Federasiyasının vitse-prezidenti Mais Qurbanova hücum anının görüntüləri yayılıb.
Qurbanovun yaşadığı binanın girişində quraşdırılan müşahidə kamerası vasitəsilə ona atəş açan qızın kimliyi müəyyənləşdirilir. Kadrlardan da göründüyü kimi Qurbanovun arxasınca gələn slavyan görünüşlü qadın onun kürəyindən atəş açır və dayanmadan uzaqlaşır.
Xatırladaq ki, hadisə noyabrın 12-də Moskvada Qurbanovun yaşadığı Novokosino rayonunda yerli vaxtla saat 01:30-da baş verib.
Moskva polisinin verdiyi məlumata görə, naməlum adam travmatik silahla həmyerlimizin kürək nahiyəsindən atəş açıb. Hadisə ilə bağlı cinayət işi açılıb.
Qafqazinfo.az