Müdafiə Nazirliyində növbəti kadr dəyişikliyi - YENİLƏNİB
14 noyabr 2013 11:43 (UTC +04:00)

Müdafiə Nazirliyində növbəti kadr dəyişikliyi - YENİLƏNİB

Azərbaycan Müdafiə Nazirliyində yeni dəyişikliklər olub.


 

Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

 

Müdafiə nazirinin əmri ilə Təlim Tədris Mərkəzinin rəisi, polkovnik Şəmsəddin Abuşov vəzifəsindən uzaqlaşdırılıb və onun yerinə Nizami Əlibəyov təyin edilib.

 

Müdafiə nazirinin əmri ilə Müdafiə Nazirliyinin Raket-Artilleriya Qoşun Xidmətinin rəisi Yaqub Əhədov da vəzifəsindən azad olunub. Nazirliyin Kəşfiyyat idarəsinin rəisi, general-mayor Rəhim Cəfərov isə sərəncama göndərilib.

 

# 4376
avatar

Oxşar yazılar