Müdafiə naziri artilleriyaçıların döyüş hazırlığını yoxladı
11 oktyabr 2016 11:54 (UTC +04:00)

Müdafiə naziri artilleriyaçıların döyüş hazırlığını yoxladı

 

Müdafiə naziri Zakir Həsənov artilleriyaçıların döyüş hazırlığını yoxlamaq məqsədilə ön xətdə yerləşən artilleriya hərbi hissə və bölmələrində olub.

 

Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, raket və artilleriya qoşunları bölmələrinin şəxsi heyəti ilə görüşən nazir vəziyyətlə yerində tanış olaraq onların döyüş hazırlığını, döyüş vəziyyətində tətbiqini, idarəetmə fəaliyyətini və şəxsi heyətin mənəvi-psixoloji vəziyyətini yoxlayıb.

 

Müdafiə naziri artilleriya bölmələri tərəfindən real döyüş şəraitinə uyğun tapşırıqların icrası ilə bağlı müvafiq tapşırıqlar verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 260
avatar

Oxşar yazılar