Onu qətlə yetirən şəxsin də artıq müəyyənləşdiyi bildirilir
Rusiya paytaxtında qətlə yetirilən Azərbaycan vətəndaşının şəxsiyyəti müəyyənləşib.
Bu barədə APA-nın Moskva müxbirinə Azərbaycan Daxili İşlər Nazirliyinin Rusiya Federasiyasındakı nümayəndəsi, polis polkovniki Eldar Səmədov məlumat verib. Onun sözlərinə görə, noyabrın 12-nə keçən gecə paytaxtın Bryanskaya küçəsi, ev 3 ünvanında qətlə yetirilən şəxs 1971-ci il təvəllüdlü, Yevlax rayonunda doğulmuş Bayramov Asif İsa oğlu olub.
Onun çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirildiyi məlum olub. Asif Bayramovun əvvəllər məhkum həyatı yaşadığı da məlum olub.
Onun Moskvada gül biznesi ilə məşğul olduğu bildirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Həmyerlimiz qətlə yetirən şəxsin artıq müəyyənləşdiyi də bildirilir. Onu tutulması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.