Minik avtomobili ilə avtobus toqquşdu: Sürücü sıxılmış vəziyyətdə qaldı
02 yanvar 2014 10:27 (UTC +04:00)

Minik avtomobili ilə avtobus toqquşdu: Sürücü sıxılmış vəziyyətdə qaldı

Bakının Suraxanı rayonunda “VAZ” markalı minik avtomobili və “IVECO” markalı sərnişin avtobusu toqquşub. Lent.az-ın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.  

 

Toqquşma nəticəsində avtomobillər ağır deformasiyaya uğrayıblar. Dərhal hadisə yerinə xilasedicilər cəlb olunub. Onlar xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Həmçinin hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 793
avatar

Oxşar yazılar