Mingəçevirdə qadını avtomobil vurub
12 may 2019 22:21 (UTC +04:00)

Mingəçevirdə qadını avtomobil vurub

Mingəçevirdə piyadanı avtomobil vurub.

 

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə hərbi hissənin yaxınlığında baş verib.

 

Belə ki, yük daşıyan “Ford” markalı mikroavtobus yolu keçmək istəyən 1962-ci il təvəllüdlü şəhər sakini Seyidova Qənirə Məmli qızını vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisəni törədən sürücü öz avtomaşını ilə yaralı qadını xəstəxanaya çatdırıb. İlkin müayinə zamanı Q.Seyidovanın sağ qolunda sınıq olduğu müəyyən edilib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1370
avatar

Oxşar yazılar