Mingəçevirdə avtomobil piyadanın ayaqlarının üstündən keçib
28 may 2019 20:45 (UTC +04:00)

Mingəçevirdə avtomobil piyadanın ayaqlarının üstündən keçib

Mingəçevirdə avtomobil qadın piyadanın ayaqları üzərindən keçib.

 

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə ticarət mərkəzinin qarşısında baş verib.

 

Belə ki, “Mercedes” markalı minik maşını arxa istiqamətdə hərəkət edərkən piyada - 1958-ci il təvəllüdlü Bayramova Xəzəngül Əsgər qızının ayaqları üzərindən keçib. Daha sonra sürücü heç nə olmayıbmış kimi yoluna davam edib. Ətrafdakılar onu haraylasa da, sürücü buna məhəl qoymayıb. Digər vətəndaşların köməyi ilə yaralı qadın xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

# 902
avatar

Oxşar yazılar