Mənzildən 25 metr su borusu oğurladı
26 iyul 2018 13:15 (UTC +04:00)

Mənzildən 25 metr su borusu oğurladı

Sumqayıtda evlərdən su borusu oğurlayan şəxs ələ keçib. Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 29-da şəhər ərazisindəki evlərdən birinin həyətindən 25 metr su borusu oğurlamaqda şübhəli bilinən şəhər sakini Atakişi Yusifov saxlanılıb.

Ətrafında keçirilmiş tədbirlərlə onun iyun ayı ərzində daha beş evdən inşaat materialları və təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 263
avatar

Oxşar yazılar