Məhbusa mobil telefonun ötürülməsinin qarşısı alınıb
08 yanvar 2014 20:10 (UTC +04:00)

Məhbusa mobil telefonun ötürülməsinin qarşısı alınıb

3 saylı İstintaq təcridxanasına mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.

 

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Elçin Xanlar oğlu Əliyevə qardaşı Ramil Xanlar oğlu Əliyevin gətirdiyi sovqata baxış keçirilərkən içərisində toyuq ətindən hazırlanmış yemək olan qazanın dibinə xüsusi üsulla yerləşdirilmiş, dəmir parçası ilə örtülmüş 2 ədəd “Nokia”, 1 ədəd “XpressMusic” markalı mobil telefon aparatları və 2 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

 

Fakt üzrə araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 877
avatar

Oxşar yazılar